Pages

İnternetdə pulu harada qazanmaq olar

İnternetdən pul qazanmaq üçün bir neçə mərhələ keçmək lazım gələcək. İndi bu mərhələləri sırayalacam. Sizdən tələb olunan isə yazdıqlarımı diqqətlə oxuyub nəticə çıxartmaqdır. Heç kimə məcburiyyət yoxdur.


Bəs bu iş nədən ibarətdir?



Sadəcə olaraq şəkildə göstərildiyi kimi oxunması çətinlik törədən  yazılanları düzgun oxuyub boş qrafaya yazmalısınız. Hər bir daxil etdiyiniz doğru sözə görə sizə pul ödəniləcək. Gün ərzində saytlardan asılı olaraq 1 rubldan 30 rubla və ya 1000 düzgün sözə görə 1 dollar pul qazana bilərsiniz. Sözsüz ki, az pul verirlər. Ancaq nə etmək olar.

Gun ərzində ortalama 20-30 rubl qazansanız, bir aya 600 rubldan 900 rubla qədər və ya gundə təxminən 1$ -dan aya 30 $ pul edir. Bu pula isə telefonunuza kontur yükləmək olar, internetin pulunu ödəmək olar, oyun saytına pul köçürmək də mümkündür.

Mərhələ 1 - Hazırlıq
Bu mərhələdə saytlarda qeydiyyatdan keçmək lazım gələcək. Bunun üçün isə mobil telefon lazımdır. (Azərcell və ya Nar). Bu səbəbdən valideylərinzin və ya böyüklərinizin razılığı lazımdır. Aşağıda qeyd edəcəyim saytlarda mütləq və mütləq qeydiyyatdan keçməlisiniz. Əgər nəyi isə başa düşmürsünüzsə, narahat olmayın və vahiməyə düşməyin. Bizə də köməklik edənlər olduöu kimi sizə də köməklik edən müyləq tapılacaq.

  1. Gmail.com  (  https://accounts.google.com/SignUp )
Bu saytda siz qeydiyyatdan keçməklə email əldə edəcəksiniz. Kimin gmail-də emaili varsa çox yaxşı. Kimin yoxdyrsa email açmaq və avatar (kiçik şəkil )yükləmək lazımdır.
Bu email vasitəsilə siz pul qazanmağı təklif edən, pulunuzu yığdığınız və pul köçürub nəsə almaq istədiyniz saytlarda qeydiyyatdan keçəcəksiniz.

  1. Webmoney.ru
Bu sayt, internetdə qazanacağınız pulları saxlamaq üçündür. Mütləq olaraq bu saytda qeydiyyatdan keçmək lazım olacaq. Qeyduyyat mobil nömrəsiz aparılmır. Qeyduyyatdan keçərkən sizə SMS gələcək. Daha sonra bu saytda rubl, dollar və avro hesabları açacaqsıniz.

  1. Pul qazanmaq üçün qazanc təklif edən saytlarda qeydiyyatdan keçmək lazımdır. Onu da qeyd etməliyəm ki, əgər diqqətli olmasanız və çox səhv etsəniz, sizin bu saytda olan hesabınız bağlancaq və siz pul qazanmaq şansınızı əldən vermiş olacaqsınız.


Mərhələ 2 – Pul qazanmaq
Saytda sizə şəkil olaraq rus və latın əlifbasi ilə yazılarla bərabər ədədlərdə göstəriləcək. Bir neçə saniyə ərzində gördüyunuz şəkildəki sözü aşağıda olan boş qrafaya yazıb daxil et (enter) və ya “ Отправить ” ( Göndərmək )düyməsini basmalısınız.




Daxil etdiyiniz söz düzgün olsa, bu sözə görə ayrilmış vədləğ sizin hesabınıza köçürüləcək. Ona görə də çalışmaq lazımdır ki, sözü düz yazasınız.




 Əgər hər hansı sözü başa düşmürsünüzsə,  narahat olmayın, sadəcə digər sözə keçid alın. Bunun üçün sağ tərəfdə üstündə “Не могу разобрать” ( Seçə bilmirəm ) düyməsini basmaq lazımdır.

                                                                  Mərhələ 3 – Xərclər

Bu mərhələ birbaşa sizin özünüzə aid olduğundan, qazandığınız pulları da hara xərcləyəcəyinizi  özünz dəqiqləşdirməlisiniz.